Roman Qriqorçuk Azərbaycanı tərk etmədi

Roman Qriqorçuk Azərbaycanı tərk etmədi

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında fasilə yarandığından “Qəbələ” futbolçuları istirahətə buraxılıb. Fanat.az xəbər verir ki, XXVI turun “İnter”lə səfər oyunundan (2:1) sonra bəzi legionerlər vətəninə yollanıb, yerli oyunçular isə düşərgədən ayrılıb. 

Baş məşqçi Roman Qriqorçuk və bəzi legionerlər fasilə dövründə də Azərbaycanda qalmağa üstünlük verib. Fasilədən sonra baş tutacaq ilk turu buraxacaq “qırmızı-qaralar” hazırlıqlarını martın 23-də bərpa edəcək. Həmin gün Qriqorçukun yetirmələri Qəbələdə axşam məşqinə çıxacaq. Lakin millilərin düşərgəsində olan futbolçular hazırlıqlara qatılmayacaq. 

Qeyd edək ki, “Qəbələ” növbəti oyununu aprelin 5-də AZAL-a qarşı keçirəcək. XXVIII tur çərçivəsindəki qarşılaşma səfərdə baş tutacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər