"Yuventus"un futbolçusu Karlos Tevez Roma Papası Françiskusla görüşüb. Fanat.az xəbər verir ki, argentinalı futbolçu Katolik dünyasının dini rəhbəri ilə Vatikandakı Santa Marta Evində bir araya gəlib.
Papa həmyerlisi olan futbolçu və ailəsini qəbul edib. Tevez görüşlə bağlı fikirlərini "Twitter" hesabından açıqlayıb və birlikdə çəkdirdikləri fotonu paylaşıb: "Papanın məni və ailəmi qəbul etməsi bizim üçün şərəfdi".
Fanat.az