İtaliya A Seriyasında XII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, tur Roma derbisi ilə əlamətdar olub.
Şəhərin eyniadlı təmsilçisi "Latsio"nu qəbul edib. Oyun "Roma"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Canavarlar"a qələbə qazandıran qollara 10-cu dəqiqədə Eden Dzeko (penalti) və 63-cu dəqiqədə Gervinyo imza atıb.
Qeyd edək ki, "Roma" 12 turdan sonra 26 хalla turnir cədvəlinin 2-ci, "Latsio" 18 хalla 9-cu pilləsində qərarlaşıb.
Fanat.az