Robinyo zorlamada günahlandırılır

Robinyo zorlamada günahlandırılır

"Milan"ın hücumçusu Robinyo qrup halında zorlamada iştirak etməkdə günahlandırılır. Fanat.az xəbər verir ki, "Santos"un heyətində icarə əsasında çıxış edən braziliyalı, 18 yaşlı qızın şikayəti əsasında müstəntiqin suallarını cavablandıracaq.

Hadisə 2013-cü ilin yanvar ayında baş verib. Robinyo 5 dostu ilə birlikdə həmin qıza restoranda rast gəlib. Futbolçunun xanımı yanında olsa da, o, tezliklə həyat yoldaşını evə aparıb və yenidən restorana qayıdıb. Sözügedən hadisə də bundan sonra baş verib. 

Qeyd edək ki, 2009-cu ildə "Mançester Siti"də oynayarkən də Robinyonun adı analoji məsələdə hallanmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər