Rəhim Həsənov Serbiyada 3 futbolçunu qovdu

Rəhim Həsənov Serbiyada 3 futbolçunu qovdu
Rəhim Həsənov daha bir beynəlxalq oyunu idarə edib. Fanat.az xəbər verir ki, FIFA referisi Regionlar Kubokunun Serbiyada keçirilən seçmə mərhələsinin 3-cü qurupunun matçında fit çalıb.
Həmyerlimiz Bolqarıstanın "Bulgaria" və İsveçrənin "Vaud" klubları arasında keçirilən oyunda ədaləti qoruyub. Sərt mübarizə şəraitində keçən oyunda Həsənov 3 qırmızı vərəqə göstərib. Referi 32-ci dəqiqədə "Vaud"dan Cason Bruneti meydandan qovub. 53-cü dəqiqədə "Bulgaria"nın qapısıçı Aleks Georgiyevi meydandan qovan həmyerlimiz penalti təyin edib. Topa yaxınlaşan Arbesan Lekiqi dəqiq zərbə ilə hesabı açıb. Həsənov 60-cı dəqiqədə "Vaud"dan Mikael Duperreti ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıb.
FIFA referisi 90 dəqiqə ərzində hər iki komandaya 4 sarı vərəqə göstərib. Oyun isə "Bulgaria"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Onun köməkçilərindən biri Yaşar Abbasov olub.
Qeyd edək ki, bu Həsənovun Serbiyada idarə etdiyi ikinci oyundu. O, sentyabrın 25-də İsveçrənin "Vaud" və Slovakiyanın "Sout Moravia" klubları arasında keçirilən oyunu idarə etmişdi. 0:0 hesabı ilə başa çatan oyunda referi hər komandadan bir oyunçuya sarı vərəqə göstərmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər