UEFA azərbaycanlı hakimlərə növbəti təyinatı verib. Fanat.az xəbər verir ki, Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunun oyununu idarə edəcək.
Belə ki, hakimlərimiz noyabrın 14-də, Budapeşt şəhərində keçiriləcək Macarıstan - Albaniya oyunununda ədaləti qoruyacaq. Bu matçda Rəhim Həsənova Yaşar Abbasovla Namiq Hüseynov yardım edəcək. Qarşılaşmanın dördüncü hakimi Əliyar Ağayev olacaq.
Fanat.az