Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

Futbol üzrə Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik "Bayern Münhen"in "sükanı arxası"na keçəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, Avstriya Futbol Federasiyasının rəsmi saytı onun sözlərini belə çatdırıb: 

"Bütün qəlbimlə Avstriya millisinə azarkeşlik edirəm. Bu iş mənim ürəyimcədir və birlikdə çıxdığımız yola davam etməkdə qərarlıyam. Onu da vurğulayım ki, bu, "Bayern Münhen"in təklifindən imtina yox, öz hədəflərimizin və komandamızın xeyrinə seçim etməkdir. Qarşıdakı Avropa çempionatına köklənmişik. Mümkün qədər yaxşı nəticə göstərmək üçün bacardığımızı ortaya qoyacağıq".

Xatırladaq ki, 65 yaşlı Ranqnik 2022-ci ilin yayından Avstriya yığmasının baş məşqçisidir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər