Rafael Fiziyev Bakıda azarkeşlərlə görüşəcək

Rafael Fiziyev Bakıda azarkeşlərlə görüşəcək

Azərbaycanlı məşhur MMA döyüşçüsü Rafael Fiziyev idman azarkeşləri ilə görüşəcək.

Fanat.Az xəbər verir ki, tədbir avqustun 5-də "Dəniz Mall"da baş tutacaq. Görüşdə 29 yaşlı idmançının imza sessiyası keçiriləcək.

Bütün idman həvəskarları üçün giriş sərbəst olacaq.

Qeyd edək ki, "Ataman" ləqəbli Rafael Fiziyev UFC-də keçirdiyi son 6 döyüşündə rəqiblərə qalib gələrək yüngül çəkidə kəməri qazanmağa əsas namizədlərdən biri olub. O, ötən ayın 9-da braziliyalı Rafael dos Anjosla döyüşə ilk dəfə Azərbaycan təmsilçisi kimi çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər