İtaliya millisinin baş məşqçisi Antonio Konte ilə anlaşan "Çelsi" Quus Hiddinklə yollarını ayırmayacaq. Fanat.az xəbər verir ki, ba barədə holland mütəxəssis özü məlumat verib.
"Fox Sports"a danışan Hiddink klubda texniki məsləhətçi olacağını bildirib: "Texniki məsləhətçi məncə önəmli bir vəzifədi. Mən həqiqətən məsləhətçi rolunu oynayacam".
Holland mütəxəssis ilk hədəflərini açıqlayıb: "Ötən həftə Didye Droqba ilə danışdım. Petr Çexlə də danışmışam. Bu adamlar klubun əfsanələridi. Komandanın son 15 ilinə damğa vurmuş futbolçulardı. Peşəkar karyeralarına burda son qoysalar komandaya böyük xeyir verərlər".
Qeyd edək ki, Antonio Konte Avropa çempionatından sonra İtaliya millisindən ayrılacaq və "Çelsi"ni çalışdıracaq.
Fanat.az