"Qurban Qurbanov, Rəşad Sadıqov..." - Aslan Kərimov hansı yerliləri milliyə layiq sayır? 

"Qurban Qurbanov, Rəşad Sadıqov..." - Aslan Kərimov hansı yerliləri milliyə layiq sayır? 

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən fövqəladə iclasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verildiyi, italiyalı mütəxəssislə yola davam edilməyəcəyi bəllidir.

Azərbaycan millisinin sabiq üzvü, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb qərarla bağlı mövqeyini öyrəndik, italiyalının tərk etdiyi postda kimi görmək istədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Konkret baş məşqçi adı çəkmək çətindir. Bizim yerli mütəxəssislərdən  Qurban Qurbanov, Rəşad Sadıqov, Samir Abasov, Tərlan Əhmədov və Ayxan Abbasov kimi baş məşqçilərimiz məsuliyyəti çiyinlərinə qaldıra və yığmada işlərinin öhdəsindən də gələ bilərlər. Yerli mütəxəssislər oyunçuları daha yaxşı tanıyırlar. Şübhəsiz ki, azərbaycanlının seçmə komandadakı futbolçulara mental baxımdan daha düzgün yanaşacağı da məlum həqiqətdir. Bu mənada istənilən yerli baş məşqçi  işini rahatlıqla icra edə bilər".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər