"Özümü Azərbaycanın bir parçası kimi hiss edirəm"

"Özümü Azərbaycanın bir parçası kimi hiss edirəm"
"Neftçi"nin yarımmüdafiəçisi Flavinyo klubun rəsmi saytına açıqlama verib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu kapitan seçilməsi ilə bağlı fikirlərini bildirib:
“Artıq 5-ci mövsümdü ki, “Neftçi”də çıxış edirəm. Bu müddət ərzində “Neftçi”də yalnız azərbaycanlı futbolçuların kapitanlıq sarğısını daşıdığını görmüşəm. Yəni kapitanlıq sarğısı həmişə yerli futbolçularda olub. Son illərdə bu məsuliyyətin həvalə olunduğu ilk əcnəbi futbolçuyam. Əslində, özümü heç də əcnəbi saymıram, artıq 5-ci ildi Azərbaycandayam və özümü bu ölkənin bir vətəndaşı, bir parçası kimi hiss eləyirəm. Azərbaycan mənə doğmadı. Kapitanlıq sarğısını daşımaq mənə göstərilən böyük etimaddı. Bu mənim məsuliyyətimi daha da artırır. Kapitan necə olmalıdırsa, elə olmağa çalışacağam. Mənə göstərilən etimada görə klub rəhbərliyinə və məşqçilər korpusuna təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam. “Neftçi”nin kapitanı kimi Avroliqada uğurlu çıxış edib qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolunun tarixinə düşmək istəyirəm”.
Fanataz
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər