"Xəzər Lənkəran"ın futbolçusu Sadio Tounkara Fransa klublarının maraq dairəsinə düşüb. Fanat.az footmercato.net saytına istinadən xəbər verir ki, malili futbolçu "Loryan", "Nitsa" və "Troya" klublarının hədəfindədi. Lakin futbolçu özü bundan xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, 2012-ci ildə Malinin "Janna D`Ark" klubundan "Xəzər Lənkəran"a keçən 21 yaşlı yarımmüdafiəçi ölkəmizdə keçirdiyi 73 oyunda 9 qol vurub.
Fanat.az