Bu gün Bakıda toplanan "Xəzər Lənkəran"ın futbolçuları komandanın həkim heyətinin nəzarəti altında tibbi yoxlamadan keçib. Fanat.az xəbər verir ki, bu axşamdan isə futbolçular fiziki hazırlıq testləri verəcək.
Fiziki hazırlıq üzrə məşqçi Ciovanni Melkiorrenin rəhbərliyi altında keçən proses futbolçuların toplanışdan öncə fiziki durumlarını müəyyənləşdirəcək.
Qeyd edək ki, komandanın təlim-məşq toplanışı üçün Türkiyənin Nevşehir şəhərinə yollanması 28 iyun səhər saatlarına nəzərdə tutulub.
Fanat.az