"Xankəndi" yeni baş məşqçisi ilə müqavilə bağladı

"Xankəndi" yeni baş məşqçisi ilə müqavilə bağladı

Zaur Hacıyevlə yolları ayırdığını açıqlayan "Xankəndi" yeni baş məşqçisi ilə münasibətləri rəsmiləşdirib. Fanat.Az -ın əldə etdiyi məlumata görə, komanda Röyal Nəcəfova tapşırılıb. Ötən mövsüm "Baku Sportinq"in çalışdırıcısı qismində adından söz etdirən gənc mütəxəssislə 1 mövsümlük saziş imzalanıb. Xatırladaq ki, 3 oyuna 1 xal qazana bilən "Xankəndi" hazırda 1-ci Liqanın turnir cədvəlində 7-ci pillədə mövqe tutub. Qarabağ təmsilçisi ötən mövsüm 2-ci Liqada çempion olaraq 1-ci Liqaya yüksəlib. Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər