"Xankəndi" baş məşqçisi ilə bağlı yekun qərarını açıqladı

"Xankəndi" baş məşqçisi ilə bağlı yekun qərarını açıqladı

Birinci Liqa təmsilçisi baş məşqçi Zaur Hacıyevlə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, məlumatı Qarabağ klubunun mətbuat xidməti yayıb. Hacıyev ilə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub mütəxəssisə göstərdiyi fəaliyyətə və komandaya verdiyi töhfələrə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan Hacıyev bu ilin yanvarından "Xankəndi"ni çalışdırırdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər