"Xankəndi" baş məşqçi dəyişikliyini niyə açıqlamır? - SON DURUM

"Xankəndi" baş məşqçi dəyişikliyini niyə açıqlamır? - SON DURUM

1-ci Liqa təmsilçisi "Xankəndi"nin rəhbərliyinin baş məşqçi Zaur Hacıyevi ötən mövsüm "Baku Sportinq"in "sükanı arxası"nda olan Röyal Nəcəfovla əvəzləmək qərarına gəldiyini diqqətinizə çatdırmışdıq. Qarabağ təmsilçisi mövcud reallığı rəsmi şəkildə təsdiqləməsə də, yaxın günlərdə Hacıyevlə yolların ayrıldığının açıqlanacağı gözlənilir. Fanat.Az -ın əldə etdiyi məlumata görə, rəsmi açıqlama tərəflər təzminat məsələsində razılığa gəlmədikləri üçün gecikir. Digər 1-ci Liqa təmsilçiləri milli komandaların oyunları ilə əlaqədar yaranan 2 həftəlik fasilə ilə bağlı planlarını həyata keçirdikləri, yoxlama oyunlarındakı rəqiblərini müəyyənləşdirdikləri halda, "Xankəndi"nin idarəçiləri hələ Nəcəfova "gəl, başla" deyə bilmir. Məsələnin yaxın günlərdə həllini tapacağı gözlənilir. Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər