"Udineze" Azərbaycana gəlməyə razılıq verdi

"Udineze" Azərbaycana gəlməyə razılıq verdi
29 may - 1 iyun tarixlərində 15 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub. Fanat.az xəbər verir ki, "Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə), "Olimpik" (Marsel, Fransa)  və "Anderlext"in (Belçika) ardından "Neftçi" (Azərbaycan) və "Udineze" (İtaliya) klubları turnirdə yer alacağını rəsmən təsdiqləyiblər. Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq bütün komandalar dəqiqləşib. 
Qeyd edək ki, artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədi. Bu ilki yarışda ilk dəfə olaraq İngiltərə, Fransa, İtaliya və Belçika təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdilər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər