"Transfer bombası"nı "Çelsi" partladacaq - 75 milyon

"Transfer bombası"nı "Çelsi" partladacaq - 75 milyon

"Çelsi"nin yayda heyətinə qatmaq istədiyi ilk futbolçu müəyyənləşib. Fanat.Az xəbər verir ki, London klubu "Borussiya"dan (Dortmund) Marko Reusu hədəfə alıb.

"Sunday Express"in xəbərinə görə, "Çelsi" bu futbolçu üçün klubuna 75 milyon avro təklif edəcək. "Borussiya" ilə müqaviləsi 2019-cu ildə başa çatacaq 27 yaşlı alman ulduzu "Arsenal" da istəyir.

Qeyd edək ki, "Borussiya" Marko Reusu 2012-ci ildə Münhenqladbax "Borussiya"sından 17,1 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər