"Topaz" Avropa Liqasının pley-off matçlarının mərc qəbuluna əmsallarını açıqlayıb. Fanat.az xəbər verir ki, Azərbaycan təmsilçilərinin şansları daha aşağı qiymətləndirilib.
Serbiyada "Partizan"ın qonağı olacaq "Neftçi"nin səfərdən qələbə ilə dönmə əmsalı 3.90-dısa, paytaxtımızda Hollandiya "Tvente"sini qəbul edəcək "Qarabağ"a 3,50 verilib.
"Ağ-qaralar"ın heç-heçə əmsalı 3,50, "Qarabağ"ın isə 3.40-dı. "Partizan"ın qalib gəlməsinin əmsalı 1,65, "Tvente"nin isə 1,75-ə bərabərdi.
| Oyun | 1 | X | 2 | alt | üst | q/q | y/q |
| Qarabağ - Tvente | 3.50 | 3.40 | 1.75 | 1.75 | 1.70 | 1.60 | 1.90 |
| Partizan - Neftçi | 1.65 | 3.50 | 3.90 | 1.75 | 1.70 | 1.60 | 1.90 |
Fanat.az