Braziliyalı Fernando Gilio karyerasını Azərbaycanda davam etdirəcək. Fanat.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Sofiya "Lokomotiv"inin "Tom" ləqəbli yarımmüdafiəçisi ötən axşam ölkəmizə gəlib. Onun hansı klubumuzla müqavilə bağlayacağı məlum deyil.
Qeyd edək ki, tam adı Everton Fernando Gilio olan 28 yaşlı futbolçu 2013-cü ildən çıxış etdiyi "Lokomotiv"də 56 oyun keçirib və 3 qol vurub. Yarımmüdafiəçi əvvəllər Braziliyanın "Taquaritinqa", Bolqarıstanın "Lokomotiv" (Plovdiv) və "Minyor" klublarında çıxış edib.
Fanat.az