"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

Ötən mövsüm debüt etdiyi 1-ci Liqada 9-cu yeri tutan, Şamaxıda baş tutan pley-off oyununda 2-ci Liqanın ikincisi "Qaradağ Lökbatan"a 2:1 hesabı ilə qalib gələrək aşağı diviziona yuvarlanmaq təhlükəsindən qurtulan "Şimal" dünən yeni mövsümün hazırlıqlarına başlayıb.

Sözügedən komandanın çalışdırıcısı Tural Cəlilovun Fanat.Az-a verdiyi məlumata görə, "Şimal" müvəqqəti olaraq təmsil etdiyi Xaçmazın Çiləgir kəndindəki stadiondan faydalanacaq: 

"Çiləgirdə müvəqqəti məşq edirik. Qusardakı "Metak" stadionunda hazırda təmir-yenidənqurma işləri getdiyi üçün bu variantı seçmişik. "Metak" stadionu təxminən bir aya hazır olacaq. Biz də məşqlərimizi orada edəcəyik".

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər