İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, tur "Mançester Yunayted" üçün əlamətdar olub.
Matçın əvvəllərində hesabda geri düşən "qırmızı şeytanlar" qələbə qazanıb - 4:1. Ueyn Runinin biri penaltidən olmaqla iki qol vurduğu matçda Xuan Mata və Xavyer Hernandes hərəyə bir dəfə fərqlənib.
Lider "Çelsi" isə uğursuzluqla üzləşib. "Kristal Palas"ın qonağı olan "zadəganlar"ın məğlubiyyətinə səbəb olan matçda "Çelsi"nin kapitanı Con Terri avtoqol müəllifi olub - 0:1.
Fanat.az