"Səbail"in yeni mətbuat katibi xanım həmkarımız oldu - FOTO

"Səbail"in yeni mətbuat katibi xanım həmkarımız oldu - FOTO

Topaz Premyer Liqasının debütantı olan "Səbail" klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib. 

Klubdan verilən məlumata görə, bu, Törə Əhmədova olub. Xanım həmkarımız uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis kimi çalışır.

Əhmədova "Səbail"də həmin postda AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla kubda Müşahidə Şurasına yeni üzv seçilib.  

Əhmədova futbol tariximizə düşüb. Belə ki, o, Azərbaycanda futbol klubunda ilk xanım mətbuat katibi olub.  

"Səbail"in yeni mətbuat katibi xanım həmkarımız oldu - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər