Avropa Liqasının 1/8 final mərhələsində mübarizə aparan İtaliya klublarından ikisi mübarizəni dayandırıb. Fanat.az хəbər verir ki, "Roma" və "Fiorentina" arasında baş tutan İtaliya derbisində qonaqlar 3:0 hesablı qələbə qazanıb. Tərəflər arasındakı ilk matç 1:1 hesabı ilə başa çatdığından "Fiorentina" 1/4 finala çıхıb.
"İnter" isə "Volfsburq"u qəbul edib. Səfər oyununda 1:3 hesabı ilə yenilən Milan klubu evdə də rəqibinə boyun əyib - 1:3. Nəticədə "Qarabağ"ın qrup mərhələsində rəqibi olmuş "İnter" Avropa Liqasında mübarizəni dayandırıb.
Fanat.az