"Rəvan" mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya bölgəsində davam etdirir. Fanat.az xzəbər verir ki, Bakı klubu qardaş ölkədə 3 yoxlama matçı da keçirəcək.
Artıq bütün rəqiblərin kimliyi dəqiqləşib. "Rəvan" ilk oyununu Braziliya təmsilçisi "Uniao"a qarşı keçirəcək. Qarşılaşma yanvarın 19-da baş tutacaq.
3 gün sonra Bakı təmsilçisi Rumıniyanın I divizionunda çıxış edən "Universitatea" (Krayova) ilə üz-üzə gələcək. Yanvarın 25-də baş tutacaq son matçdakı rəqib isə Xorvatiya elitasının nümayəndəsi "Split" olcaq.
Fanat.az