"Rəvan" rəsmisi: "Onlar Azərbaycan futbolu üçün qara ləkədi"

"Rəvan" rəsmisi: "Onlar Azərbaycan futbolu üçün qara ləkədi"
"Rəvan" "İnter"lə oyunun hakimliyindən narazı qalıb. Klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov Fanat.az-a açıqlamasında bildirib ki, Rauf Cabbarov onlara qarşı qərəzli hakimlik edib.
Klub rəsmisi Cabbarovu "Azərbaycan futbolu üçün qara ləkə" adlandırıb: "Bu, biabırçılıqdı. Hakim meydana ədaləti qorumaq üçün çıxmalıdı, qərəzli idarəçilik üçün yox. Rauf Cabbarov əvvəldən axıra qədər əleyhimizə qərarlar qəbul etdi. Qərəzli hakimliklə uzatma dəqiqələrinə qədər heç-heçə hesabını qoruduq. Amma sonda o, uydurduğu penalti ilə 10 nəfərlə sona qədər döyüşən komandanın əziyyətini heçə endirdi. Bu, sadəcə, hakimlik adına biabırçılıqdı. Cabbarov ilk dəfə deyil bizə qarşı belə edir, onun idarə etdiyi bütün oyunlarda haqsızlıqla üzləşirik. Belə hakimlər Azərbaycan futbolu üçün qara ləkədi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər