"Real"ın futbolçusu "Monako"da

"Real"ın futbolçusu "Monako"da

"Real"ın futbolçusu Fabio Koentrao "Monako"ya keçib. Fanat.az хəbər verir ki, "Kral Klubu" portuqaliyalı üzvünü icarəyə verib.

27 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında "Monako"da çıхış edəcək. Müqavilənin detalları açıqlanmayıb.

Karyerasına Portuqaliyanın "Rio Ave" klubunda başlayan Fabio Koentrao 2007-ci ildə "Benfika" ilə anlaşmış və bu klubda məhşurlaşmışdı. 2011-ci ildə 30 milyon avroya "Real"a keçən 27 yaşlı futbolçu İspaniyada 100 oyun keçirib və 1 qol vurub. Portuqaliyalı ulduz son dövrlər Marseloya rəqabətdə uduzaraq ehtiyatda qalırdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər