"Real" ulduzunu 80 milyona "Çelsi"yə satdı - RƏSMİ

"Real" ulduzunu 80 milyona "Çelsi"yə satdı - RƏSMİ

“Real”ın hücumçusu Alvaro Morata “Çelsi”yə keçib. Bu barədə hər iki klub rəsmi məlumat yayıb.

 

Fanat.Az xəbər verir ki, İspaniya mətbuatında çıxan xəbərlərdə 24 yaşlı oyunçunun London klubuna 80 milyon avroya başa gəldiyi yazılıb.

 

Yaxın günlərdə Morata “Real”ın Los-Ancelesdəki düşərgəsini tərk edib “zadəganlar”a qoşulacaq.

 

Qeyd edək ki, 80 milyon avro bir ispaniyalı futbolçuya ödənmiş ən yüksək məbləğdi. Bundan öncəki rekord isə 2011-ci ildə “Çelsi”dən “Liverpul”a 58 milyona keçən Fernando Torresə məxsus idi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər