"Rapid" Azərbaycana gəlir

"Rapid" Azərbaycana gəlir
29 may - 1 iyun tarixlərində 15 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin son iştirakçısı da bəlli olub. Fanat.az xəbər verir ki, daha öncə turnirdə iştirakını təsdiqləyən, lakin sonradan texniki səbələrə görə III Qəbələ Kubokunda iştirakı baş tutmayan "Olimpik"i (Marsel, Fransa) Avstriya "Rapid"i əvəzləyəcək. 
Bununla da turnirdə mübarizə aparacaq bütün komandalar müəyyənləşib. Daha öncə "Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə), "Anderlext" (Belçika), "Neftçi" (Azərbaycan) və "Udineze" (İtaliya) turnirdə yer alacağını rəsmən təsdiqləmişdi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər