ABŞ-də keçirilən Amerika Kubokunun bu gecə baş tutan yarımfinalı matçında Kanadanı məğlub edərək (2:0) finala yüksələn Argentina millisinin superulduzu Lionel Messi oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az "TyC Sport"a istinadən xəbər verir ki, 51-ci dəqiqədə komandasının ikinci qoluna imza atan 37 yaşlı hücumçu meydanların durumundan şikayətlənib və fərqləndiyi epizodu şərh edib:
"Bu, çox mürəkkəb turnirdir. Həm meydanlar pisdir, həm hava çox istidir, həm də rəqiblər güclüdür. Qol vurduğum epizod? Entso Fernandesə dedim ki, qolu onun əlindən almaq istəmirdim. Amma gördüm ki, top yavaş gedir, onu bir qədər sürətləndirdim".
Qeyd edək ki, Argentina finalda Uruqvay - Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.
Nihat