"Monpelye"nin "Milan"dan icarəyə götürdüyü M`Baye Nianqa 18 ay azadlıqdan məhrum etmə cəzası verilib. Fanat.az xəbər verir ki, buna səbəb gənc futbolçunun avtomobil qəzası törətməsi olub.
Belə ki, Nianq fevralın 2-də qəza törədib. Monpelye prokurorluğu onu yanlış ifadə verməkdə və ətraf mühitə ziyan vurmaqda günahlandırıb. Forvardın işi 170 saat ictimai işdə çalışma, üç 150 avroluq sürət cəzası və əlavə 90 avroluq iki cəza tələbi ilə məhkəməyə göndərilib. Lakin məhkəmə futbolçuya daha ağır cəza vermək qərarına gəlib. Müqavilə ilə "Milan"a məxsus olan Nianq 18 ay azadlıqdan məhrum edilib. Amma cəzanın icrası təxirə salınıb. Əvəzində onun sürücülük vəsiqəsi ləğv olunub və 3 il yenidən imtahan verməsi qadağan edilib. Bundan başqa M`Baye ətraf mühitə ziyan vurmağa görə 700 avro cərimlənib.
Fanat.az