"Milan”ın futbolçusu Mattia De Skiqlionun "Yuventus”a keçidi rəsmiləşib. Fanat.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
"Yuventus” bu keçid üçün "Milan”a 12 milyon avro ödəyib. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Milan”ın yetirməsi olan Mattia De Skiqlio 2011-ci ildən əsas komandada çıxış edir.
Fanat.Az