"Milan"dan 30 milyonluq transfer

"Milan"dan 30 milyonluq transfer
"Milan" "Sevilya"dan Karlos Bakkanı heyətinə qatıb. Fanat.az хəbər verir ki, İtaliya klubu kolumbiyalı futbolçu ilə 5 illik anlaşma əldə edib.
"Milan" 28 yaşlı forvarda görə "Sevilya"ya 30 milyon avro ödəyəcək. Bakka özü isə ildə 3 milyon avro maaş alacaq.
Qeyd edək ki, kolumbiyalı forvard 2013-cü ildə 7 milyon avro qarşılığında "Brügge"dən "Sevilya"ya tranfer olunmuşdu. O, ispan klubunun heyətində 108 oyunda 49 qol vurub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər