"Milan"dan 30 milyonluq futbolçuya təklif

"Milan"dan 30 milyonluq futbolçuya təklif

"Milan" "Atletiko"nun müdafiəçisi Dieqo Qodinə elçi düşüb. Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, İspaniya klubu uruqvaylı futbolçunu buraxmağa razıdı.

Amma bunun üçün "Milan" 30 milyon avro ödəməlidi. Tələb olunan məbləğ ödənsə, Qodinin keçidinə icazə veriləcək.

Qeyd edək ki, "Atletiko" Qodini 2010-cu ildə "Vilyarreal"dan 8 milyon avroya alıb. Hazırda "Transfermarkt" 30 yaşlı mərkəz müdafiəçisinə 40 milyon avro qiymət qoyub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər