"Milan" növbəti transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisi "Fiorentina"dan Nikola Kaliniçi heyətinə qatıb.
Yerli mətbuatın məlumatına görə, "Milan" Kaliniçi bu mövsümlük icarəyə götürüb və 5 milyon avro ödəyəcək. Gələn mövsüm isə klub 20 milyon avro ödəyərək onun transfer hüququnu alacaq.
Qeyd edək ki, "Milan" bundan əvvəl Leonardo Bonuççi, Andre Silva, Andrea Konti, Hakan Çalhanoğlu, Mateo Musaççio, Rikardo Rodriges, Lukas Biglia, Frank Kessi, Antonio Donnarumma və Fabio Borinini heyətinə qatıb.
Fanat.Az