10 transferə 190 milyon avro xərcləyən "Milan" daha iki ulduzu heyətinə qatmaq istəyir. Fanat.Az xəbər verir ki, İtaliya klubu "Real"dan Alvaro Morata və "Bavariya"dan Renato Sançesi hədəfə alıb.
Məlumatı görə, "Milan" Morata üçün "Real"a 60, Sançesə görə "Bavariya"ya 40 milyon avro təklif edib. "Milan"ın idman direktoru Massimiliano Mirabelli hər iki futbolçu ilə maraqlandıqlarını təsdiq edib: "Bu iki futbolçu ilə maraqlanmağımız doğrudu. Şərtlər uyğun olsa, transferlər gerçəkləşəcək. Moratanı uzun müddətdi izləyirik. Çox yaxşı futbolçudu. Sançes də gənc olmasaına baxmayaraq,səviyyəli oyunçudu. "Bavariya"da daim heyətə düşəbilmir. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək".
Fanat.Az