"Real"ın futbolçusu Mateo Kovaciç karyerasını yenidən İtaliyada davam etdirə bilər. Fanat.az xəbər verir ki, Xorvatiya yığmasının üzvü "Milan"ın maraq dairəsinə düşüb.
Yayda "İnter"dən 31 milyon avroya "Real"a transfer olunan futbolçu ümidləri doğrultmur. Təsadüfü deyil ki, o, 28 rəsmi oyunda 1265 dəqiqə oynayıb və 1 qola imza atıb.
Məlumata görə, "Real" da xorvatiyalı futbolçunun çıxışından razı deyil. "Kral Klubu" "Milan"dan sərfəli təklif alacağı halda transferə razılıq verəcək.
Fanat.az