"Milan" Karlos Bakkanı satmaq istəyir. Fanat.az xəbər verir ki, artıq İtaliya klubu kolumbiyalı hücumçuya artıq qiymət də qoyub.
Klub rəhbərliyi Bakkanın menecerinə gələn təklifləri onlara bildirməyi tapşırıb. Maliyyə çətinlikləri ilə üzləşən "Milan" rəhbərliyi bu yolla vəziyyəti sabitləşdirmək istəyir.
Qeyd edək ki, "Milan" Bakkanı ötən yay "Sevilya"dan 30 milyon avroya transfer edilib. 29 yaşlı futbolçu cari mövsümdə keçirdiyi 36 rəsmi oyunda 16 qol vurub.
Fanat.az