"Milan" sabiq futbolçusu Yusuf Yaffanı məhkəməyə verib. Fanat.az xəbər verir ki, buna səbəb onun İtaliya klubuna yalan məlumat verməsi olub.
Belə ki, 2013-cü ildə "Milan"ın heyətinə cəlb olunan və U-19 komandasının əsas heyət üzvlərindən birinə çevirilən futbolçunun əslində 28 yaşında olduğu müəyyənləşib. Bu səbəbdən klub futbolçunu məhkəməyə verib. Yaffa fırıldaqçılığa görə İtaliyada məhkəmə qarşısına çıxacaq.
İddiaya görə, Yaffa bəzi səbəblərə görə sənədlərini itirib. 2009-cu ildə İtaliya Miqrasiya Xidmətində qeydiyyata düşən zaman doğum tarixini 14 noyabr 1987-ci il yox, 31 dekabr 1996-cı il yazdırıb.
Bu Yaffanın törətdiyi yeganə əməl deyil. Belə ki, o, 2015-ci ildə "Aytraxt"a transfer olunduqdan qısa müddət sonra Frankfurtda bir qıza təcavüz etdiyi üçün həbs olunmuşdu.
Qeyd edək ki, Yaffa hazırda Almaniyanın "Duysburq" klubunda çıxış edir. Onun günahı sübut olunsa, bu klubdan da qovulacaq.
Fanat.az