İtaliyanın ən köklü klublarından olan "Milan" satılıb. Fanat.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Yonqonq Linin sahibi olduğu "Sino-Europe Investment Management Changxing" holdinqi klubun 99,93 faiz hissələrini alıb. Bunun üçün çinlilər Silvio Berluskoniyə 740 milyon avro ödəyiblər.
Qeyd edək ki, Berluskoni 30 il komandaya rəhbərlik edib. O, son 4 ildə komanda ilə maraqlanmadığını açıqlamasında da etiraf edib.
Xatırladaq ki, Milan şəhərinin digər təmsilçisi "İnter" də bir müddət əvvəl çinlilərə satılıb.