"Milana suvenir almağa getmirik" - MÜSAHİBƏ

"Milana suvenir almağa getmirik" - MÜSAHİBƏ

“Qarabağ” bu gün 12.00-da Milana yollanır. Səfər ərəfəsində Vüqar Nadirov Fanat.az-ın suallarını cavablandırıb.

- “Simurq”la oyunda qələbə topunu vurmuşdun. “Neftçi”ylə matçda da fərqləndin...

- Əsas komandanın qələbəsidi. Son iki turda qol vurmağım isə əlbəttə ki, yaxşı haldı.

- Səncə Reynaldonun yerdə qaldığı epizodda penalti var idi?

- Bunu müəyyənləşdirmək hakimin işidi. Qərarı futbolçular vermir ki...

- “Avropa derbisi”ndə qazanılan zəfərin Milan “İnter”iylə oyun ərəfəsində xeyri dəyəcək?

- Psixoloji cəhətdən xeyri çoxdu. Çumbinyo və Danilo Diasın yoxluğunda 3:1 hesablı qələbə qazandıq. “Neftçi” ölkənin ən güclülərindədndi. Bu komandanı məğlub etməklə həm də “Qarabağ”ın fərdlərdən asılı kollektiv olmadığını sübut etdik.

- “İnter”lə oyunda start heyətində yer alacağına inanırsan?

- Qərarı baş məşqçi verir. Mən həmişə oynamağa hazıram.

- Nədənsə “köhlən atlar”ın səfər qolçusu bu mövsüm qitəmiqyaslı yarışlarda sözünü deməyi bacarmır. Səbəb nədi?

- Ciddi səbəb yoxdu. Təki səfər matçlarında müsbət nəticə qazanaq. Mən fərqlənməsəm də olar. Milanda forma şansı qazansam, sözümü deməyə çalışacam.

- “Qarabağ”ın “İnter”dən xal almaq şansı var ki?

- Əlbəttə. Milana suvenir almağa getmirik ki... Ən yaxşı oyunlarımızdan birini keçirmək, azarkeşlərimizi sevindirmək istəyirik. Düzdü, “İnter” Avropa nəhəngidi. Çox güclü komandadı. Bu mövsüm olduqca inamlı görünürlər. Ancaq “Qarabağ” da “Qarabağ”dı. Lap Madrid “Real”ıyla üz-üzə gəlsək də, meydana ümidlə çıxarıq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər