"Mənim üçün Azərbaycan və Malta yığmalarını qiymətləndirmək çətindi. Bu iki yığma qrupumuzda haqqında xüsusi heç nə bilmədiyim yeganə komandalardı". Fanat.az xəbər verir ki, bu sözləri Norveç yığmasının müdafiəçisi Veqard Forren deyib.
Futbolçu Norveç yığmasının AVRO-2016-dakı rəqiblərini dəyərləndirib: "Düşünürəm ki, əsas mübarizəmiz Bolqarıstan millisi ilə olacaq. Bu komandanın oyunlarının videoyazısına hələlik baxmamışam. Ancaq uğurlu nəticəyə nail olmaq istəyiriksə, qələbə qazanmalıyıq. Mario Balotelliyə qarşı oynamaq çox maraqlı olardı. O, maraqlı oyunçudu. Xorvatiyaya gəlincə, Mancukiç kimi hücumçusu var. “Bavariya”dan olan bu futbolçunun hansı keyfiyyətləri olduğunu biz hamımız yaxşı bilirik”.
Fanat.az