"Azərbaycan dilini öyrənmək istəyirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Reynaldo Silva deyib.
Milli komandamıza dəvəti gündəmdə olan braziliyalı dilimizi öyrənməkdə çətinlik çəkdiyini bildirib: "Azərbaycan dilini öyrənmək çətindi. Çünki öyrədəcək adam da yoxdu. İmkan tapdıqca Bakını gəzirəm, ölkə haqda məlumat toplayıram. Amma nə ingiliscə, nə də azərbaycanca bilirəm".
Fanat.az