"Məğlubiyyətimin Azərbaycanın Bolqarıstanla oyunlarına aidiyyatı yoxdu"MÜSAHİBƏ

"Məğlubiyyətimin Azərbaycanın Bolqarıstanla oyunlarına aidiyyatı yoxdu"MÜSAHİBƏ

 

Millinin baş məşqçisi Berti Foqtsun Bolqarıstan mətbuatına müsahibəsi.

 

 

- Püşkatmanın nəticələrini necə dəyərləndirirsiz?

 

- İtaliya və Xorvatiya qrupun favoritləridi. Məqsədimiz isə 3-cü yeri tutmaqdı. Son seçmə mərhələdəki yaxşı çıxışımız buna ümid etməyə əsas verir. Hələ çox iş görməliyik, indi yalnız yolun başlanğıcındayıq. Norveç və Bolqarıstan da 3-cü olmaq istəyir. Yenidən bolqarıstanlı dostlarımla görüşəcəm.

 

- Bolqarıstanla görüşləri yaxşı xatırlayırsız?

 

- ABŞ-da keçirilən DÇ-1994-ün oyunu çoxdan keçmişdə qalıb. Bu matçın Azərbaycanla Bolqarıstanın oyunlarına aidiyyatı yoxdu. Komandanıza uduzduğumuz həmin matçdan sonra karyeramda nə qədər qələbələrin olduğunu bilirsiz?

 

- Bolqarıstanda 1995-ci ildə rəhbərlik etdiyiniz Almaniya üzərində qələbə də yada düşür...

 

- Olsun. Qoy xatırlasınlar, amma bunun heç bir mənası yoxdu. Bu qələbələrin sizin üçün əhəmiyyəti ola bilər. İndi isə qarşıdakı matçlardan danışaq. Orda Almaniya olmayacaq. Ötənlər keçmişdə qalıb. Bolqarıstana nifrət etdiyimi düşünməyin. Əksinə, bu ölkədə dostlarım var.

 

- Dostlarınız kimdi ki?

 

- Bu, sizlik deyil! Onlar şəxsi dostlarımdı və bunu mətbuata açıqlamayacam.

 

 - Azərbaycan futbolu son illərdə nə qədər inkişaf edib?

 

- Sizə statistikanı xatırladım: Biz son seçmə mərhələdə cəmi 3 oyunda yenilgi görmüşük. Onların ikisi Portuqaliya ilə matçlara təsadüf edib. Digəri isə Rusiya ilə səfər matçına. Hər iki komanda da DÇ-2014-ə vəsiqə qazanıb.

 

- Komandanızın ən yaxşı futbolçusu kimdi?

 

- Siz onları meydanda görəcəksiz. 

 

- İndiki Bolqarıstan yığması haqda nə bilirsiz?

 

- İndi heç nə. Yalnız onu bilirəm ki, bir klubunuz Avropa Liqasında mübarizəni davam etdirir. Bolqarıstan futbolu haqda hər hansı təsəvvürüm yoxdu. Heç bir futbolçunuzu tanımıram.

 

 - Bəs keçmişin bolqar ulduzlarını necə? 

 

- Karyeram ərzində xeyli yaxşı futbolçular görmüşəm. Lakin onların heç biri indi meydanlarda deyil. Həmin adları özümdə saxlayacam. Ancaq deməzdim ki, keçmiş məni maraqlandırmır. Bolqarıstan haqda fikirləşəndə, yalnız qarşıdakı oyunları düşünürəm.

 

- Sizi Azərbaycan yığmasını çalışdırmağa nə vadar etdi?

 

- Öz işimdən həzz almaq üçün çalışıram. Bunun üçün də müqaviləmin müddətini uzatdım. Mən özümə məşqçi yox, Azərbaycan futbolunu inkişaf etdirə biləcək insan kimi baxıram. Bu ölkədəkilərin məqsədi orta Avropa futbolunun səviyyəsinə çatmaqdı.

 

- Futbol Azərbaycanda 1 nömrəli idman növüdü?

 

- Yox. 1 nömrə şahmatdı. Harri Kasparov da bu ölkənin yetirməsidi. Boksla, ağır atletika da sevilən idman növlərindəndi. Artıq futbola da böyük pullar qoyulur, imkanlı şəxslər üçün klublar hobbiyə çevrilir. Hətta Emil Mpenza kimi məşhur futbolçu da Azərbaycanda oynayıb.

 

- Pula görə işləyirsiz?

 

- Yox, həzz almaq üçün. 6 ildi Azərbaycanda çalışıram. Mənim üçün pul əsas deyil.

 

 - Siz Almaniyaya titul qazandıran son məşqçisiz. AÇ-1996-dan sonra çempion ola bilməyən bundestimin vaxtı nə zaman gələcək?

 

- Ümid edirəm ki,  Almaniya dünya çempionu olacaq. Bu il keçiriləcək mundialda 3 əsas favorit var: bizim komanda, Argentina və Braziliya. Həmyerlilərimə uğurlar arzulayıram. 1996-dan sonra çempion ola bilmirik. Almaniyadakı indiki nəsil belə sevinci yaşamağa layiqdi. Düzü, mən Almaniyanın bu qədər çempionluq həsrəti yaşayacağını gözləmirdim.

 

- Hazırda Almaniya futbolunun zirvə nöqtəsində olduğunu düşünmürsüz? Çempionlar Liqasının son finalında “Bavariya” ilə “Borussiya”nın oynaması dünya çempionatında da Almaniyanın ən güclü olmasını gözləməyə əsas vermir ki?

 

- “Bavariya” güclü almaniyalı futbolçularla xeyli sayda səviyyəli legionerlərin vəhdət təşkil etdiyi, əla komandadı. Almaniyada futbol İspaniya, İngiltərə və İtaliyadakından geri qalmır.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər