"Liverpul"dan "Barselona"ya transfer zərbəsi

"Liverpul"dan "Barselona"ya transfer zərbəsi

"Liverpul" klubu İspaniyanın "Rayo Valyekano" komandasında çıxış edən sağ cinah müdafiəçisi Andrey Ratsiunu heyətinə qatmaq üçün danışıqlara başlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə "365scores" nəşri məlumat yayıb.

"mersisaydlılar" rumıniyalı müdafiəçinin transferində Kataloniya nəhəngi "Barselona"nı qabaqlamağı hədəfləyir.

Futbolçunun müqaviləsində 25 milyon avroluq sərbəstqalma bəndi olsa da, ingilislər transferi bu məbləğdən daha aşağı, daha sərfəli şərtlərlə bitirmək üçün yollar axtarır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər