"İnter"dən ayrılan Brüs Abdulayenin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, konqolu futbolçu karyerasını Fransada davam etdirəcək.
Belə ki, o, Fransanın National liqasında çıxış edən "Orlean"la bir illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, müdafiənin mərkəzində və sol cinahında oynayan Brüs 2012-ci ildən çıxış etdiyi "İnter"də 73 oyun keçirib və 2 qol vurub. Konqo yığmasında O, əvvəllər Fransanın "Qrenobl", "Klermon", "Metz", "Kramayel" və İsveçrənin "Lausanne" klublarında top qovub, Konqo yığmasında 17 oyun keçirib.
Fanat.az