Avropa Liqasına hazırlaşan "İnter"in yoxlama oyunu keçirəcəyi iki rəqibi müəyyənləşib. Fanat.az verir ki, Kaxaber Tsxadadze yetirmələrini Macarıstan və Avstrimya klubları ilə oyunda sınayacaq.
Belə ki, "İnter" “Haladaş” və "Şturm"la qarşılaşacaq. Macarlarla oyunun dədiq vaxtı hələ bəlli deyil. "Ştrum"la gbrüş isə iyunun 19-da keçiriləcək. Hər iki matç Avstriyada baş tutacaq.
Qeyd edək ki, "Haldaş" son mövsümü ölkə çempionatının 6-cı pilləsində başa vurub. "Şturm" isə 9-cu pilləni tutaraq, güclülər dəstəsində yerini güclə qoruyub.
Fanat.az