"İnter" Serbiyaya getdi - FOTO

"İnter" Serbiyaya getdi - FOTO

Avropa Liqasının I təsnifat mərhələsində "Mladost"a qonaq olacaq "İnter" artıq səfərə çıxıb.

Fanat.Az xəbər verir ki, "bankirlər" 35 nəfərlik nümayəndə heyəti ilə bu gecə İstanbula yola düşüblər.

Əvvəlcədən məlumat verdiyimiz kimi, "bankilər" səfərə çarter reysi ilə yollanmayıblar. Bakıdan gedən nümayəndə heyəti əvvəlcə İstanbula, ordan da Belqrada uçacaq. Serbiya paytaxtından oyunun keçiriləcəyi Luçani şəhərinə qədər olan məsafə isə avtobusla qət ediləcək.

Xatırladaq ki, "Mladost" "İnter" qarşılaşması iyunun 29-da, cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.

"İnter" Serbiyaya getdi - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər