"İnter" Serbiya səfərindən darmadağınla döndü - AVROPA LİQASI

"İnter" Serbiya səfərindən darmadağınla döndü - AVROPA LİQASI

Bu gün Avropa Liqasında yeni mövsümə start verilib. Fanat.Az xəbər verir ki, debüt matçında "Differdanj"a 2 cavabsız qolla qalib gələn “Zirə”nin uğuruna sevinən azərbaycanlı azarkeşlər ardından "Mladost" - “İnter” matçına diqqət ayırıb.

 

Zaur Svanadzenin komandasının avrokubok təcrübəsi ümid verirdi. 65 yaşlı “Mladost”un ciddi uğurunun olmaması təmsilçimiz adına üstünlük sayılırdı.

 

İlk yarıda rumın müdafiəçi Adrian Skarlatake stadiona toplaşan yerli tərəfdarları 2 dəfə məyus edib. Hesabı açan arxa xətt oyunçusu fasiləyə yaxın Rauf Əliyevə qarşı qayda pozuntusuna görə təyin edilən cərimə zərbəsindən uğurla yararlanaraq dublunu rəsmiləşdirib. İkinci yarıda isə Əliyevin özü hesabı darmadağın həddinə çatdırıb. Bu nəticəylə cavab matçını formallığa çevirən bakılılar Serbiya təmsilçisinin mərhələ adlamaq arzusunu böyük ehtimalla, gözündə qoyub. 

 

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyunlar

29 iyun

22.30 Mladost (Serbiya) - İnter (Azərbaycan) - 0:3

Qol:  Adrian Skarlatake, 23, 41. Rauf Əliyev, 76.

Hakimlər: Aleksey Matyunin, Anton Kobzev, Aleksey Lunyov, Yevgeni Turbin (Rusiya).

Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya).

UEFA nümayəndəsi: Paolo Rondelli (San Marino).

Luçani. “Mladost” stadionu.

“Mladost”: 1. Nemanya Krznariç, 4. İvan Miloçeviç, 7. Saşa Yovanoviç, 14. Miloş Trifunoviç, 15. Aleksandr Peyoviç, 18. Obiara Odita, 20. Nenad Marinkoviç, 27. Vladimir Radivoyeviç, 28. Nikola Andriç, 44. Boqdan Miloşeviç, 93. Miloş Satara

Ehtiyat oyunçular: 22. Zlatko Zeçeviç, 10. Xusiddin Qafurov, 12. Nenad Qavriç, 17. İvan Pesiç, 31. Yanko Tumbaçeviç, 32. İvan Markoviç, 77. Predraq Pavloviç

Baş məşqçi: Nenad Milovanoviç

 

“İnter”: 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev, 9. Pərdis Fərcad Azad, 10. Elnur Abdullayev, 11, Rauf Əliyev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 19. Mirshüseyn Seyidov, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev

Baş məşqçi: Zaur Svanadze

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər