"İnter" fransalı futbolçudan imtina etdi

"İnter" fransalı futbolçudan imtina etdi
ÇSKA-nın hücumçusu Omar Kossokonun “İnter”ə keçidi baş tutmayıb. Fanat.az xəbər verir ki, “bankirlər” futbolçunun Türkiyə toplanışına gələcəyini gözləsələr də, Benin əslli fransalı futbolçu düşərgəyə gəlməyib. Bu, “İnter”in futbolçudan imtinası ilə nəticələnib. İndi “bankirlər” bu mövqeyə yeni namizəd axtarırlar.
Qeyd edək ki, Benin əsilli fransalı futbol 1988-ci il təvəllüdlüdü. 26 yaşlı forvardın son iş yeri Bolqarıstan ÇSKA-sı olub. Omar bu komandada 2013/14 mövsümündə 24 oyun keçirib və 5 qol vurub. Kossoko əvvəllər Fransanın "Amiens" (2008-2011, 62 oyun, 12 qol), "Oser" (2011-2012, 22 oyun, 1 qol), İngiltərənin "Kristal Palas" (2012/13, 1 oyun) və İsveçrənin "Servette" (2012/13, 9 oyun) klublarında çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər